Şanlı tarix keçibdir, hər anında Vətən var...
AZƏRBAYCAN POLİSİ
Sözləri: Elşad Hacıyev - Bakı şəhər BPİ-nin əməkdaşı, polis kapitanı
Bəstəkar: Aydan Əliyeva
Aranjiman: Xəyal Məmmədov - Bakı şəhər BPİ-nin əməkdaşı, polis mayoru
İfaçı: Səməd Xasıyev - Dövlət Musiqili Komediya Teatrının solisti
Şanlı tarix keçibdir,
Hər anında Vətən var,
Hər sözündə Vətən var,
Vətəndaşı, insanı
Qoruyandı, qoruyan,
Azərbaycan Polisi!!!
***
Vəzifəsi müqəddəs,
Sədaqəti əbədi,
Azərbaycan polisi!
Vicdanla qorumağa,
And içibdir Vətəni
Azərbaycan polisi!
***
Gecə-gündüz demədən,
Asayiş keşiyində,
Ayıq-sayıq dayanıb,
İnsandır əmanəti,
Xalqına xidmət edir -
Azərbaycan polisi!
***
NƏQARƏT
Vətən yolu – haqq yolu,
Haqq yolundan dönməyən,
Lazımsa, cannan keçər,
Azərbaycan polisi!
Vətən yolu – haqq yolu,
Haqq yolundan dönməyən,
Lazımsa, cannan keçər,
Azərbaycan polisi!
Azərbaycan polisi!