Krım sahillərində araşdırma aparan ruslar 5 sualtı, gəmi və təyyarə qalığını tapdılar
Rusiya Müdafiə Nazirliyi və Coğrafi Araşdırmalar Dərnəyi tərəfindən Krımın Rusiyaya birləşdirilməsindən sonra başlanmış iş davam edir. AzBaku.info ölkə.az-a istinadən xəbər verir ki, Krım sahillərində araşdırma aparan ruslar, 5 sualtı, gəmi və təyyarə qalığını tapdılar. Araşdırmalar zamanı Birinci və İkinci Dünya Müharibəsi kimi dünyanın ən böyük müharibələrindən qalma çox sayda hərbi vasitələr tapılıb. Qara dənizin dibində beş sualtı qayığın qalıqları təsbit edilib. Bundan əlavə, 1917-1922-ci illərdə çar Rusiyası və Sovet İttifaqının qurulduğu vaxtlarda baş verən vətəndaş müharibəsi zamanı 1919-cu ildə Qara dənizdə batan 5 fərqli döyüş gəmisi aşkarlanıb.
Araşdırmalar davam etsə də, tapılan bütün hərbi vasitələrin Krımın Sevastapol şəhərindəki muzeyin inventarına daxil ediləcəyi bildirilib.