Prezidentin səlahiyyətli nümayəndəsi olan Gəncə şəhər icra başçısı Elmar Vəliyevə qarşı edilən hücumun əsil səbəbini məhz Y.Səfərovun həyat yoldaşı Şərafət Səfərova tərəfindən bəyan edildi. Beləki, Ş.Səfərova xəbər saytlarında yazılan iddiaları rədd edərək qeyd edib ki, Y.Səfərovun bacısı 9 ildən artıqdır Azərbaycandan kənarda yaşamaqdadır. Y.Səfərovun həyat yoldaşı əlavə olaraq qeyd edib ki, məhz Yunisin E.Vəliyevi vurması dini məsələlərlə və Gəncə sakinlərinə qarşı edilən təhqirlərin qisasını almaq məqsədi ilə törədilib. Və bütün edilən çıxışdan da belə başa düşülür ki, Nardaran hadisələrində həbs edilən Taleh Bağırzadə və Gəncə şəhər sakinləri arasında şiələrə qarşı edilən təhqirlərlə yanaşı imam Hüseynə qarşı E.Vəliyevin şok çıxışlarına cavab olaraq Yunis Səfərov qətl törətmək qərarına gəlib. Ş.Səfərova qeyd edir ki, Y.Səfərovun rusiyada hərbir imkanı var. Amma şiələrə qarşı və imam Hüseynə qarşı edilən Elmar Vəliyevin çıxışları onu deyilənə görə çox narahat edib.
Şərafət Səfərovanın çıxışını olduğu kimi sizlərə təqdim edirik: