Ticarət mərkəzində yanğın – 2 yaralı

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunun Xırdalan şəhərində yerləşən "Riyad" ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.

AzBaku.info xəbər verir ki, hadisə zamanı ticarət mərkəzi ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.

Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.