Hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.
AzBaku.info report.az-a istinadən bildirir ki, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin 6-cı tağımın əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən "Range Rover" markalı avtomobilin sürücüsünün özünü şübhəli aparması onların diqqətini çəkib.
Yol Polis əməkdaşları maşına saxla əmri veriblər lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməkliyi ilə "Range Rover"i saxlamaq mümkün olub.
Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar.
Maşında qan içində iki nəfər olub. Sürücü dərhal saxlanılıb.
Maşında olan yaralılardan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Həkimlər onun vəziyyətinin ağır kimi qiymətləndirib.
Araşdırmalar zamanı məlum olub ki, Arzu Şuşalını ağır yaralayıb həyat yoldaşını qətlə yetirən bağlarında işləyən bağbandır.
Ev sahibi bağbanı işdən azad etdiyini bildirəndə o məlum hadisəni törədib daha sonra onları öz avtomobilləri ilə aparıb meyidlərini gizlətmək istəyib.
Faktla əlaqədar Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır.