Türkiyənin Qars vilayətində fahişəliyin qarşısını almaq üçün əməliyyat keçirilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə klublarından birində keçirilən əməliyyat zamanı işləmə icazəsi olmayan 31 əcnəbi qadın saxlanılıb.
Əməliyyat zamanı saxlanılanlardan 14-ü azərbaycanlı, 4-ü rus, 2-si gürcü, 7-si erməni, 3-ü özbək, 1-i isə moldovalıdır.
Onlar sənədləşdirildikdən sonra Posof sərhəd-keçid məntəqəsindən deportasiya ediliblər.