Anomal istilərlə əlaqədar fövqəladə vəziyyət elan edilib

Fövqəladə hallar üzrə fond istilərdən zərərçəkənlərə tibbi yardım və ərzaq yardımı göstərəcək

Meksikada anomal istilərlə əlaqədar fövqəladə vəziyyət elan olunub. AzBaku.info "Report"a istinadən xəbər verir ki, Ölkənin Daxili İşlər Nazirliyi temperaturun yüksək olması səbəbindən 24 ştatda fövqəladə vəziyyət elan edib. Fövqəladə Hallar naziri Luiz Felipe Puentenin sözlərinə görə, bu ştatlarda fövqəladə hallar üzrə fond istilərdən zərərçəkənlərə tibbi yardım və ərzaq yardımı göstərəcək.