Saatlı rayonunda icra başçısını hesaba sayan yoxdur – jurnalist ölümlə hədələndi

Saatlı rayon Mollavazlı kəndində qanun pozuntuları ilə bağlı redaksiyamıza məlumat verilib. Beləki, Bəylər kənd sakini Seymurun Mollavazlı kəndində özbaşınalığı artıq kənd sakinlərini cana doydurub. Rayon sakinlərinin verdiyi məlumata görə, Seymur yaşılıq zolağına düşən ərazidə qeyri qanuni olaraq obyekt işlədərək qanunlarıda məhəl qoymur. Meşə zolağı sayılan ərazidə fundamedli tikinti aparılması qeyri qanuni olsada Seymur bu qanunlara məhəlqoymayaraq 100 kv. əsaslı tikinti aprarıb. Tikinti azlıq etmiş olacaq ki, Seymur bəy artıq yaşılığın 500 kv. zəbt edərək səyyar kafe işlətməkdə davam edir. 24 saat fəaliyyət göstərən iaşiə obyekt vergi ödəyicisi olaraq qeydiyyatda yoxdur və işçiləridə əmək müqaviləsi olmadan istismar etməkdədir – deyə sakinlər qeyd edir. Qaynatasının himayəsi ilə Respublikanın qanunlarına hörmətsizlik etməkdə davam edir. Adiyyatı qurumlar isə verilən məlumatla bağlı bu günə qədər heç bir tədbir görməyiblər. Bir kəndən digərinə gedərək qanunları bu qədər hesaba almayan şəxsi hansı vəzifə səlahiyyətindən sui-istifadə edən şəxsin müdafiə etdiyini xəbər aldıqda isə jurnalistlərə Nəsir müəllim adı verilib. Seymur adlı şəxsin əslində Saatlı Şəhər inzibati idarə etmə orqanının əməkdaşı olan Nəsirin kürəkənidir.
Saatlı rayonunda icra başçısını hesaba sayan yoxdur – jurnalist ölümlə hədələndi

Qaynatasının vəzifəli şəxs olmasından istifadə edərək vergidən yayınma və əmək müqaviləsi olmadan qanunsuz olaraq 3 şəxsi əmək hüquqlarını kobud şəkildə pozmaqdadır. Jurnalistin verilən məlumatlar üzrə apardığı araşdırma zamanı Nəsir adlı məmurun zəng etməsi ilə şok məsələlərin üstü açılıb. Beləki, Nəsir olduğun iddia edən şəxs (050301…. nömrə ilə zəng açılıb) jurnalistə hədə-qorxu gəldikdən sonra Saatlı rayon icra başçısının da ona söz demək huququnun olmadığını vurğulayıb. Şok iddialarla çıxış edən Nəsir əslində Surmuru müdafiə etdiyini unudaraq rayon rəhbərlərini “ağ sürüb qara sərdi”. İcra başçısının birinci müavini İlham müəllimlə əlaqə saxlayan jurnalistə baş verənlərləbağlı onu məlumatlandırıb. Artıq məsələ ilə bağlı məlumatlı olan icra hakimiyyəti tərəfindən araşdırma aparılıb nəticəsi barədə məlumat veriləcəyi qeyd edilmişdir. Amma bir həftə keçməsinə baxmayaraq telefon vasitəsi ilə hədə-qorxu gələn şəxsin bildirdiyi kimi RİH-nin səlahiyyəti göründüyü qədər çatmayıb ki, qanunsuz obyektin fəaliyyətini dayandırsınlar. Aldığımız məlumata görə hətta əraziyə polisdə gələrək şikayət olduğunu qeyd edərək zəbt edilmiş ərazinin boşaldılmasını bildirib. Amma dövlət qurumlarının etdiyi xəbərdarlığa baxmayaraq 7-8 gündür ki işbazlar ərazini boşaltmayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarəsi ilə əlaqə saxlamağa cəhd etdik amma cədlərimiz boşa çıxdı. Cəhdimizin boşaçıxması isə ETSN rəsmi saytında idarələrin nömrəsi deyil kimlərinsə mənzil nömrələri qeyd edilmişdir. Bu səbəbdəndə bölgələrdə ekologiya idarələri ilə əlaqə müşkül məsələyə çevrilmişdir.

Mövzuya yenidən qayıdacağıq. İlkin məlumatları sizlərə təqdim etdik.
BakuNewa.az
Saatlı rayonunda icra başçısını hesaba sayan yoxdur – jurnalist ölümlə hədələndi

Saatlı rayonunda icra başçısını hesaba sayan yoxdur – jurnalist ölümlə hədələndi