Böyük Britaniyanın “Channel 4” telekanalının apardığı araşdırmalar zamanı məlum olub ki, BMT sülhməramlıları dünyada uşaq və qadınları kütləvi şəkildə zorlayıblar.
AzBaku.info Lenta.ru portalına istinadla xəbər verir ki, son 20 ildə 1700 hərbi qulluqçu yerli sakinlərə qarşı təcavüz və seksual cinayətlərdə ittiham olunub.
Kanalın məlumatına görə, bunlardan yalnız 53 iş məhkəməyə qədər gedib.
Reportyorlar zərərçəkmişlərin bəzilərini danışdırıblar. Konqo sakini Valeri etiraf edib ki, 14 yaşı olanda fransalı Didye Burje tərəfdinən təcavüzə məruz qalıb. Daha sonra isə Burje ona pul təklif edib və ailəsinin maddi vəziyyəti ağır olduğu üçün bu təklifi qəbul edib.
2004-cü ildə məlum olub ki, həmin şəxs 20 yetkinlik yaşına çatmayan qıza qarşı da eyni hərəkətləri edib. O, vətənində sübuta yetirilən iki fakta görə məhkəmə qarşısına çıxarılıb və məhkum edilib.
Burje deyib ki, o və yoldaşları kasıb camaatla yemək və ya hər hansı balaca mükafat qarşılığında intim münasibətdə olublar.
Sülhməramlıların seksual qalmaqalları ilə bağlı məsələ əvvəllər də yayımlanıb. Ən böyük qalmaqal 2015-ci ildə baş verib. Həmin vaxt hərbi qulluqçular ərzaq qarşılığında Afrika sakinləri ilə intim münasibətlərə giriblər. Bundan sonra BMT-nin Mərkəzi Afrika Respublikası üzrə nümayəndəsi istefa verib.