Beyləqan təhsilində növbəti büdcə talan edilməsi ilə bağlı FAKTlar

Bakunews.az: Son dönəm Azərbaycanda Respublikasının bölgələrində təhsildə aparılan islahatlar göründüyü qədər şəffav deyil. Örtülü bazaar dostluğu pozar misalı bəlkədə bu məsələdə qeyd edilməsi yersiz olsada qeyd etmək yerinə düşərdi ki, təhsil sistemi tam qapalı şəkildə aparıldığından Regional maliyyə idarəlləri ilə əlbir olan bəzi işbazlar sayəsində dövlət vəsaittləri mənimsənilməkdə davam edir. Belə ki, bölgələrdə baş verənlər cəmiyyətin bir üzvü kimi bizi də çox narahat etməkdədir. Məsələnin ciddiliyi bəzi nüansları ictimaiətə çatırılmasına bizi sövq etdi. Təhsil Naziri yeni olmasına baxmayaraq bundan öncədə nazirliyin nümayəndəsi olduğu üçün sistemdə baş verən neqativləri hamıdan yaxşı bilir. Görəsən bu qədər neqativ hallardan əvvəlcədən xəbərdar olan nazir regionlarda baş verənlərə dur demək iqtidarında deyil yoxsa demək istəmir?

Bakunews.az: Qeyd edək ki, Beyləqan rayon Araz qəsəbə tam orta məktəbində baş verən büdcə talanı miqyası olmayan oyundan başqa bir şey deyildir. Beləki, büdcənin talanması məhz elə sabiq RTŞ başçısının himayəsi ilə start götürüb. Sabiq RTŞ müdiri T.Sadıqovun talançılıq siyasəti göründüyü qədər məktəb direktorlarına da sirat edib. Qəsəbə məktəb direktoru o qədər maddiyata aldanıb ki, müqəddəs müəllim adını tamamillə kənara qoyaraq öz ampulasında yaşamaqdadır. Artıq müəllim olduğun unudan direktor bazar prinsiplərini mənimsəyərək məktəbi ticarət mərkəzi ilə səhv salıb. Hər bir işini rüşvətlə örtbasdır etməyi vərdiş edən xanım müəllimə gün keçdikdə dövlət büdcəsinə qarşı hücum planları hazırlayaraq şəraitini daha da yaxşılaşdırmışdır. Maddi vəsaitini günü-gündən artıran direktor artıq bunun elə daim bu ampulada irələyəcəyini düşündüyü üçün illərin sayəsində milyonçu olmaq qərarına gəlib. Bir çox məhkəmə çəkişmələrinin də tam mərkəzində özünə məxsus şəkildə yerini tutan məktəb direktoru məhz elə hər zaman rüşvət talançılıq meyarında hökümlərlə üz-üzədir.

Bakunews.az: Rəsmi sənədlərlə məsələni sübutu olmasına baxmayaraq xanım direktor özünə haqq qazandır və bunun elə bu cür davamda etdirməkdədir. Ölücanların sahibi kimi rayonda adsan qazan məktəb məhz elə Tamara Əhmədova öz cirkin əməlinə ortaq etdiyi şəxslərdə var ki bunlarda artıq bəli olub. Belə ki, 12 saylı Ərazi Maliyyə Hesablaşma. Mərkəzinin Beyləqan rayon üzrə aidiyyatı işlərə cavabdehaparıcı məsləhətçi Sulduz Quliyev və mühasib olan Z.Kərimovanıda öz əməllərinə şərik edib. Rəsmi sənədləri imzalayan şəxslər yuxarda adları qeyd edilən şəxslərdir ki, bu verilmiş sənədlərin hansı əsasla və dəqiqliyi yoxlanılmadan verilməsində məqsəd nə olub – deyə sual edilir. RTŞ ƏMHM və Regional idarələrinin cənabları və xanımları siz bu sənədləri təsdiqləməklə dövlət büdcəsini talayan şəxslərlə əlbir olduğunuzu düşünmürsünüzmü?

Bakunews.az: Bu məqamda tarixdən bir epizod olduqca ibrətamiz səslənir: Türkiyənin məşhur Topqapı sarayındakı muzeydə Sultan Süleymanın bir kaftanı saxlanılır. Bir dəfə Sultan Süleyman müharibəyə gedəndə arxasınca müəlllimi də gəlirmiş. Necə olursa, müəlliminin atının ayağı çamıra batır, palçıq sıçrayıb Süleymanın çiyninə yapışır. Sultan Süleyman müəlliminin halının dəyişdiyini görür. Yüzminlik, ikiyüzminlik qoşuna "dayanın" deyir. Sonra da çadırların qurulmasını və məclis yığılmasını əmr edir. Hamı yığılandan sonra Sultan əbasını çıxardır ki, çamur yerə tökülməsin. Və fateh hökmdar üzünü qoşununa tutub deyir ki, bəs siz də bilin, qoy gələcək nəsillər də bilsinlər: "Müəllimimin atının ayağından çıxan çamurun nəinki çiynimdə, başımın üstündə yeri var".

Bakunews.az: Sonda qeyd etmək gərəkdir ki, Sultan Süleymanın dediyi müqqədəs müəllim adını qazanmaq elədə hasan məsələ deyil. Bizim müəllimlər elə düşünürlər ki, bunlar qanunsuz rüşvət yığmaq və talançılıq siyasətlərini icra etdikcə bunlar millətin gözündə ucalır yox əsla belə deyil. Tam əksi bu əməllərinizlə təhsil verdiyiniz şagirdlərin gözündə belə dəyərinizin olmadığını diqqətlə baxsanız görəcəksiniz.

Ardı var.

Gələn yazımızda rəsmi sənədlər təqdim ediləcəkdir.