Son günlər ölkədə xoşagəlməz hadisələr cərəyan etməkdədir. Ələlxüs məmurların hegemonluqları ölkə mediyasında ən yüksək mərtəbəni zəbt etməkdədir. Belə ki, barəsində aşağıda qeyd edəcəyimiz gözdən əlil olan hər iki ailə üzvünün rayon icra hakimiyyətinin başçısı tərəfindən ələ salınmalarının qısa hekayəsini sizlərin diqqətinə çatdıracağıq.
İlk öncə mövzumuza başlamazdan öncə diqqətinizə bir şeyi çatdırım ki, hər kəsin bildiyi kimi biz Dogruxeber.az informasiya agentliyi olaraq bir çox bölgələrdə ehtiyaclı vətəndaşların müraciətlərinə hər zaman səs verib, imkanlarımız daxilində dəstək olmağa çalışmışıq. Elə bu səbəbdən də bir çox məmurlar tərəfindən təzyiqlərə məruz qalmağımıza baxmayaraq, haqqlı vətəndaşların ac;nacaqlı durumlarının ölkə mediasında işıqlandırmağa nail olmuşuq. Belə ki, ölkə prezidenti cənab İlham Əliyev keçirdiyi müşavirələrdə hər zaman özünü örnək göstərərək, ondan nümunə götürmələrini vurğulamışdır. Eyni zamanda yerli icra orqan rəhbərlərinə həmişə xalqın yanında olmağı və insanlara yaxından xidmət göstərmələrini tövsiyə etmişdir.
Gəlin görək belədirmi ?
Bir neçə gün öncə Dogruxeber.az informasiya agentliyinin redaksiyasına Siyəzən rayon sakini 1-ci qrup gözdən əlil Səfərov Xoşbəxt Fərzəli oğlu tərəfindən müraciət məktubu daxil olmuşdur. Həmin müraciət ilə bağlı informasiya agentliyinin baş redaktoru Kamal Əsgərov Siyəzən rayonuna məsələnin araşdırılması üçün ezam olunmuşdur.
31. 07. 2018-ci il tarixdə Siyəzən rayon sakini Səfərov Xoşbəxt Fərzəli oğlunun yaşadığı ünvanda olduq. İlk başlanğıcda icra orqanı tərəfindən 1-ci qrup gözdən əlillərin ələsalınma hekayəsini nəzəriniə çatdırmağı qeyd etmişdik.
Həmin anları sizə təqdim edirik.
Əziz oxucularımız !
Siyəzən rayon sakini 1-ci qrup gözdən əlil X. Səfərov və həyat yoldaşı 1-ci qrup gözdən əlil Səfərova Marina 19. 03. 2014-cü ildə ANS tv kanalının "Adam içində" verilişində ailə qurduqlarını bildirdilər. ANS tv kanalının aparıcısı Elgiz müəllimin təşəbbüsü ilə toy mərasimi başa çatdıqdan sonra, qayğıya ehtiyacı olan 1-ci qrup əlillər üçün, aparıcı Elgiz müəllim efir vasitəsi ilə ölkənin imkanlı şəxslərinə, o cümlədən Siyəzən rayon icra hakimiyyətinin rəhbərinə əlil ailənin daimi yaşayış mənzili ilə təmin olunmasına köməklik göstərmələrini xahiş etmişdir.
X. Səfərovun bildirdiyinə görə aparıcının müraciətindən bir neçə gün sonra Siyəzən rayon keçmiş icra hakimiyyətinin başçısı Arif Qasımovun tapşırığına əsasən bələdiyyə sədri Nəsibulla adlı şəxs yaşadığımız ünvana gəlib bizə bildirdi ki, sizin üçün yeni mənzil inşa ediləcək. X.Səfərov deyir ki, bələdiyyə sədri bizə bu sözləri deyəndə sevincimizin həddi-hüdudu yox idi, sanki özümüzü yuxuda olmuş kimi hiss edirdik. Biz hardan bilərdik ki, bu sevinc bizə cəmi bir günlük nəsib olacaq. Belə ki,03.09.2014-cü il tarixdə RİH-nin başçısı Arif Qasımovun iştirakı ilə bizim üçün inşa olunmuş məzilin açarlarını bizə təqdim etdilər. Təqdimat zamanı RİH-nin 2-ci müavini Zəfər müəllim və başçının köməkçisi Taryel müəllim evin əşyaları ilə bizi tanış edəndən sonra komunal xidmətlərin ödənişi üçün sənədlərə imza atdırıb çıxıb getdilər. Həmin günün axşamı kənd icra nümayəndəsi Əyyam adlı şəxs gəlib bizə bildirdi ki, siz mənzili tərk edin sabah ƏƏSMN-dən nümayəndə gəlib mənzilə baxış keçirdikdən sonra sizə təqdim edəcəklər. Biz hardan bilərdik ki, bunlar bizi ələ salir, bizim hissiyyatımızla oynayırlar və beləcə inanıb evi tərk etdik. Səhəri gün gözlədik bir söz deyən olmadı və daha bir gündə gözlədik gördük ki, heçkim bizimlə maraqlanmır və mənzildə olan telefona zəng vurduq dəstəyi bir xanım qaldırdı. Soruşduq ki, siz kimsiniz ? Bizə bildirdi ki, biz bu evin sahibi ilk öncə inanmadıq sonradan bildirdik ki, axı bu mənzil bizə verilmişdir necə sizin ola bilər !
Son deyəcəyi söz o oldu ki, mənzil bizə verilib gedin icra orqanından soruşun bizi narahat etməyin. Bizim üçün çətində olsa icra hakimiyyətinə gedib məsələnin nə yerdə olduğunu öyrəndik də RİH-nin başçısından tutmuş müavinlərinə qədər hamısı bizə bildirdi ki, mənzil sizə səhfən verilib siz ƏƏSMN-nə müraciət edin onlar sizi mənzil ilə təmin etməlidirlər. Beləcə bizi ələ salan və mənliyimizi ayaqlar altına atan Siyəzən rayonunun keçmiş icra başçısı Arif Qasımov və onun klanları bizim kimi 1-ci qrup gözdən əlil ailəni küçələrdə qalmağa məcbur etdilər.
Ən dəhşətlisi budur ki, keçmiş RİH-nin başçısı Arif Qasımov əlil ailəyə məsləhət olaraq bildirib ki, siz gedin 1-ci Vitse prezident Mehriban Əliyevadan kömək istəyin. Bu sözləri deyən Siyəzən rayon sakinləri 1-ci qrup gözdən əlill ailəsi X.Səfərov və həyat yoldaşı M. Səfərova həmin vaxtdan bu günə qədər müraciət etmədiyi dövlət orqanı qalmadığını bildirib. Hətta əlil ailəsi bildirir ki, yeni Siyəzən rayon icra hakimiyyətinin başçısı Asif Hüseynov bizi heç qəbul belə etmir, bilmirik dərdimizi kimə deyək. Çarəsiz durumda qalan qayğıya ehtiyaclı olan gözdən əlil ailə son çıxış yolunu bizim agentlik vasitəsi ilə ölkə prezidenti cənab İlham Əliyevə və 1-ci Vitse prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlamaqda görüb. Aşağıda sizlərə təqdim edəcəyimiz video rolikdə nələrin olduğunu canlı şahidi olacaqsınız.
Biz DogruXeber.az informasiya agentliyi olaraq vətəndaşın redaksiyamıza etdiyi müraciətə əsasən yaşadığı mənzildə müsahibələrin götürdükdən sonra KİV-nin qanununa əsasən rayon icra orqanına gedib vətəndaşın etdiyi müraciətə münasibət bildirmələrini istədik. Təəssüflə qeyd etmək istəyirəm ki, 31.07.2018-ci il tarixdə həftənin 2-ci günü RİH-nin qəbul günü olmasına baxmayaraq 45 dəqiqə bizi gözlətməklə yanaşı son sözləri belə oldu ki, RİH-nin başçısı və müavinlərin vaxtları yoxdur sizi qəbul edə və beləliklə suallarımıza cavab verən bir şəxs tapmayıb geri qayıtdıq. Halbuki jurnalistin suallarına cavab vermək səlahiyyətli şəxslərin birmənalı borclarıdır. Buda məmur özbaşınalığının daha bir göstəricisidir.