Bu gün idmançı Cəhdi Ramil dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, Azərbaycan Kung Fu Federasiyasının məşqçisi 38 yaşında vəfat edib.
Həkimlər idmançının ürək çatışmazlığından keçindiyini bildirib.
Dostlarının bildirdiyiniə görə, idmançı bir müddət əvvəl Cəlal adında yeniyetmə oğlunu itirib və bu, onun ürəyi bu acıya tab gətirməyib partlayıb.
Cəlal atasının yolunu davam etdirirdi və respublika çempionu idi. O meningitdən vəfat edib.
Cəhdi Ramil Tərtərdə yaşayırdı və orada böyük nüfuza malik idi.
Mərhum yaşadığı rayonda dəfn olunacaq.
Allah rəhmət etsin!