Bakıda 25 yaşlı qızı avtomobillə vuran sürücü qaçdı

Bakıda naməlum avtomobil piyadanı vuraraq qaçıb.

AzBaku.info Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

R.Bağırov küçəsi, 15 saylı binanın qarşısında Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əliyeva Röya İbrahim qızı hələ ki markası müəyyənləşdirilməyən avtomobillə vurulub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsində araşdırma aparılır.