Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Bizimyol.info fərmanın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. həmin Qanunun 8.4-cü və 15.4-cü maddələrində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğləri barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.4. həmin Qanunun 14.6-cı maddəsinə uyğun olaraq, dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.2. həmin Qanunun 7.3-cü, 7.4-cü (birinci halda), 7.5.3-cü, 9.2-ci, 10.0-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:
2.2.1. həmin Qanunun 7.1.1-ci maddəsində göstərilən ümumvətəndaş pasportu alan şəxslərə, 7.1.2–7.1.5-ci, 7.2-ci maddələrində göstərilən şəxslərə və 7.1.6-cı maddəsində göstərilən inzibati qaydada həbs edilmiş şəxslərə münasibətdə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
2.2.2. həmin Qanunun 7.1.1-ci maddəsində göstərilən xidməti və ya diplomatik pasport alan şəxslərə münasibətdə – Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi;
2.2.3. həmin Qanunun 7.1.6-cı maddəsində göstərilən cinayət törətməkdə şübhəli bilinən və təqsirləndirilən şəxslərə münasibətdə – təhqiqat orqanları, ibtidai istintaq orqanları və ya həmin orqanların müraciəti ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
2.2.4. həmin Qanunun 7.1.6-cı maddəsində göstərilən məhkum olunmuş şəxslərə münasibətdə – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
2.2.5. həmin Qanunun 7.1.7–7.1.9-cu maddələrində göstərilən şəxslərə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;
2.3. həmin Qanunun 7.4-cü maddəsində (ikinci halda), 14.4-cü (ikinci halda), 15.2-ci maddələrində, 18.1-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
2.4. həmin Qanunun 8.2-ci maddəsində, 11.1-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;
2.5. həmin Qanunun 14.3-cü, 14.4-cü (birinci halda), 14.5.3-cü və 16.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:
2.5.1. həmin Qanunun 14.1.1-ci maddəsində göstərilən şəxslərə münasibətdə – təhqiqat orqanları, ibtidai istintaq orqanları və ya həmin orqanların müraciəti ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
2.5.2. həmin Qanunun 14.1.2-ci, 14.1.3-cü və 14.2-ci maddələrində göstərilən şəxslərə münasibətdə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
XƏBƏR LENTİ
İlham Əliyev fərman imzaladı İlham Əliyev fərman imzaladı
Azərbaycanda iki gənc şəlalədə belə boğuldu - DƏHŞƏTLİ VİDEO Azərbaycanda iki gənc şəlalədə belə boğuldu - DƏHŞƏTLİ VİDEO
Məmmədyarov sponsor yağışına tutuldu - 2 bank, 1 şirkət, 1 hotel... Məmmədyarov sponsor yağışına tutuldu - 2 bank, 1 şirkət, 1 hotel...
Azərbaycanın ən seysmoaktiv şəhərləri açıqlandı - SİYAHI Azərbaycanın ən seysmoaktiv şəhərləri açıqlandı - SİYAHI
Azərbaycan məktəblərində rus bölməsi pullu olsun - TƏKLİF Azərbaycan məktəblərində rus bölməsi pullu olsun - TƏKLİF
Avropalı ekspert: "Almaniya Kanslerinin Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar açacaq" Avropalı ekspert:
Bakıda 25 yaşlı qızı avtomobillə vuran sürücü qaçdı Bakıda 25 yaşlı qızı avtomobillə vuran sürücü qaçdı
Azərbaycan MN: Düşmən atəşkəs rejimini 94 dəfə pozub Azərbaycan MN: Düşmən atəşkəs rejimini 94 dəfə pozub
“Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” yaradılıb “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” yaradılıb
Tramp və Merkeldən Rusiyaya tələb Tramp və Merkeldən Rusiyaya tələb
Oğuzda şəlaləyə baxmaq və foto çəkdirmək niyə pulludur? - VİDEO Oğuzda şəlaləyə baxmaq və foto çəkdirmək niyə pulludur? - VİDEO
Çovdarovla adı çıxmış “Sipark”ın işi yubanır, sakinlər səksəkədə – Foto/Reportaj Çovdarovla adı çıxmış “Sipark”ın işi yubanır, sakinlər səksəkədə – Foto/Reportaj
Vətəndaş aldadılır, gömrük rəsmisi isə nə üçün aldatdığını qərarlarla “izah” edir Vətəndaş aldadılır, gömrük rəsmisi isə nə üçün aldatdığını qərarlarla “izah” edir
SHXÇDX, Salyan rayon idarəsində biabırçı olay yaşanıb - ŞOK VİDEO İTTİHAM SHXÇDX, Salyan rayon idarəsində biabırçı olay yaşanıb - ŞOK VİDEO İTTİHAM
Azərbaycanda sərnişin avtobusu ilə “KamAz” toqquşdu: yaralılar var Azərbaycanda sərnişin avtobusu ilə “KamAz” toqquşdu: yaralılar var
Ölümlə üz-üzə qalan xalq artistinin SON DURUMU Ölümlə üz-üzə qalan xalq artistinin SON DURUMU
Qızqaçırma FACİƏ ilə bitdi: 3 ölü, 4 yaralı Qızqaçırma FACİƏ ilə bitdi: 3 ölü, 4 yaralı
Bakıda klassik avtomobillərin sərgisi və yürüşü keçirilib – Video Bakıda klassik avtomobillərin sərgisi və yürüşü keçirilib – Video
Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
Təhsil haqqını ödəyə bilməyən tələbəyə daha bir deputat dəstək oldu Təhsil haqqını ödəyə bilməyən tələbəyə daha bir deputat dəstək oldu
Şahmat federasiyasından cavab: "Şəhriyarın heç nəyə xərci çıxmır" Şahmat federasiyasından cavab:
Afaq yenidən soyundu FOTOLAR Afaq yenidən soyundu FOTOLAR
Gənc qızlar canlı yayım, o isə öz canının dərdində - İntihardan sevgilisi qurtardı - VİDEO - FOTO Gənc qızlar canlı yayım, o isə öz canının dərdində - İntihardan sevgilisi qurtardı - VİDEO - FOTO
Jurnalist sual verdi ki, nədir səni bu qədər oynamağa məcbur edən? Utandım “pul” deməyə… – Foto Jurnalist sual verdi ki, nədir səni bu qədər oynamağa məcbur edən? Utandım “pul” deməyə… – Foto
Füzulidə 15 yaşlı oğlanın qətlinin təfərrüatı: “Kimin nə ağlına gələrdi ki...” Füzulidə 15 yaşlı oğlanın qətlinin təfərrüatı: “Kimin nə ağlına gələrdi ki...”
İlhamə Quliyevanın heç yerdə olmayan görüntüləri yayıldı - VİDEO İlhamə Quliyevanın heç yerdə olmayan görüntüləri yayıldı - VİDEO
Anar Nağılbazın anası fəryad etdi: "Qoymurlar balamın qəbrini görüm" - VİDEO Anar Nağılbazın anası fəryad etdi:
Məşhur futbolçu intihar etdi Məşhur futbolçu intihar etdi
ETSN əməkdaşları I-ci qrup Qarabağ müharibə əlilinin ailəsinə şiddət göstərərək rüşvət tələb edib ETSN əməkdaşları I-ci qrup Qarabağ müharibə əlilinin ailəsinə şiddət göstərərək rüşvət tələb edib
TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var