Bakıda marşrut sürücüsü azyaşlı uşağı qucağında oturdaraq avtobus idarə edib.
AzBaku.info xəbər verir ki, sərnişinlərdən biri sürücünün şəklini çəkərək “Xəzər” TV-nin “WhatsApp” nömrəsinə göndərib.
Şəkil Nərimanov rayonunda, 24 saylı xətdə hərəkət edən marşrut avtobusunda sərnişinlərdən biri tərəfindən çəkilib.
Sərnişin iddia edir ki, bir azyaşlı uşaq atası ilə avtobusa minib. Uşaq bir müddət sonra ağlamağa başlayıb. Atası onu sakitləşdirmək istəsə də, buna nail ola bilməyib. Sürücü uşağı yanına çağıraraq qucağında oturdub, daha sonra avtobusu idarə etməyə başlayıb.
Humanistlik etmək istəyən sürücü uşağı sakitləşdirmək niyyəti ilə qucağına alsa da, o, bu hərəkəti ilə həm sərnişinlərin, həm də uşağın həyatını təhlükəyə atır.