Sentyabrın ilk günlərində hava şəraiti necə olacaq?

Növbəti günlərdə ölkə ərazisində hava şəraitində dəyişiklik gözlənilmir.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, sentyabrın əvvəlinə kimi ölkə ərazisində hava şəraiti sabit keçəcək:

“Əsasən, cənub-şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Yağmursuz hava olacaq. Havanın temperaturu paytaxtda 28-33, bölgələrdə 32-37, dağlıq ərazilərdə isə 20-25 dərəcə arasında dəyişəcək”.

Gülşad Məmmədova qeyd edib ki, Azərbaycanda anomal istilər müşahidə olunmayacaq.