Qeyd edək ki, Əmək Qanunvericiliyinin tələbinə görə həftəlik olaraq işçini işəgötürən 40saatdan artıq işlədə bilməz. Əgər istehsalat zərurətilə əlaqədar işəgötürən tərəfindən işçilər şənbə bazar günləri də işə cəlb olunarsa, bu zaman həmin günlərin əmək haqqısı digər günlərdən fərqli,ikiqat hesablanılaraq məhz həmin günün sonunda verilməlidir. Lakin çox təəssüflər olsun ki, burada Qeyri-leqal şəkildə podrat briqada təşkil edərək çalışan adının isə Xəqani olduğunu bildirən bu videoçarxdakı gənc oğlan aparılan sorğu zamanı traqikomik cavablarla yadda qaldı. Beləki, ilk öncə işçilərin uniformasız halda ona və rəhbərliyinə tutduğumuz irada cavab olaraq briqadir Xəqani adlı şəxs bildirdi ki, "İşin axırıdır, sabah təşkil edəcəyik dəbilqə və ayaqqabı"!



