akının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə Azadlıq meydanından başlayaraq Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində paradın keçirilməsi ilə əlaqədar sabah bəzi yollarda avtomobillərin hərəkət istiqamətində məhdudiyyət olacaq və istiqamət dəyişdiriləcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Publika.az-a bildirib ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə parad tam başa çatana qədər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, 20-ci sahədən, Bayıl qəsəbəsindən və Bayraq Meydanı kimi tanınan ərazidən, eləcə də Afiyəddin Cəlilov, Yusif Səfərov, 28 May, Səməd Vurğun, Xaqani, Azadlıq, Nizami küçə və prospektlərindən, eyni zamanda Parlament prospekti, Mikayıl Müşfiq və Mehdi Hüseyn küçəsindən Azadlıq meydanı və Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkəti dəyişdiriləcək.
Bölmə rəisi tədbirin əhəmiyyətini nəzərə alaraq sürücülərə alternativ variantlardan istifadə etməyi tövsiyə edib.