Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında kişi və qadın millilərimizin növbəti rəqibləri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, 12 xalla ilk sırada olan kişi millimiz bu gün yığmamız kimi bütün görüşlərdə qalib gəlmiş Polşa ilə qarşılaşacaq.
Bu görüşün nəticəsi turnir cədvəlinin liderliyi baxımından çox böyük önəm daşıyacaq. Sözügedən görüşdə dördüncü xanadakı şahmatçımız Rauf Məmmədov istirahət edəcək və onu Eltac Səfərli əvəzləyəcək.
Yan-Kjıştov Duda – Şəhriyar Məmmədyarov (qara)
Radoslav Voytaşek – Teymur Rəcəbov (ağ)
Yatsek Tomçak – Arkadi Naydiç (qara)
Kamil Draqun – Eltac Səfərli (ağ)
10 xala malik olan və hazırda VII sırada qərarlaşmış qadın millimiz isə İtaliya ilə üz-üzə gələcək. Bu dəfə əvvəlki altı görüşdə iştirak etmiş beynəlxalq usta şahmatçımız Gülnar Məmmədova istirahət edəcək.
Olqa Zimina – Günay Məmmədzadə (qara)
Yelena Sedina – Zeynəb Məmmədyarova (ağ)
Deziree di Benedetto – Xanım Balacayeva (qara)
Marina Brunello – Ülviyyə Fətəliyeva (ağ)
Qeyd edək ki, hər iki görüş bu gün saat 15:00-da başlayacaq.