Əməkdar artist Röya Ayxan “Afaki” adlı yeni layihəsini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, sənətçinin klipinin rejissoru Orçun Mutludur. Ekran işinin çəkilişləri iki gün, 20 saat çəkib. Layihə üzərində 27 nəfərlik komanda çalışıb.
Röya bu dəfə yeni layihəsi üçün tarixi Saint Joseph adın Uşaq Evində kamera qarşısına keçib. “Mahnını ilk dəfə eşidəndə çox sevmişdim. Klipi də çox gözəl bir məkanda çəkdik. İki gün çox yoruldum, amma bütün əziyyətlərimizə dəyər bir iş ortaya çıxdı”- deyə əməkdar artist bildirib.
Sənətçinin klipi əməkdaşlıq etdiyi musiqi şirkətinin rəsmi “Youtube” səhifəsində yerləşdirilib.
Qeyd edək ki, bəstənin söz və musiqisi Oğuz Yılmaza məxsusdur. //qafqazinfo