Hindistana 5 milyard dollar dəyərində S-400 sistemlərinin göndərilməsinə dair müqavilə Putinin Hindistana səfəri zamanı imzalanacaq.
Bu barədə Rusiya prezidentinin müşaviri Yuri Uşakov bəyanat verib.
Uşakov görüşdə hərbi əməkdaşlığa daha çox diqqət ediləcəyini söyləyib:
"Bu, bizim əməkdaşlığımızın fəal mahiyyətlərindən biridir. Ölkələr arasında hərbi məqsədlə inkişaf etdirilmiş məhsulların birgə istehsalı aparılır. Bu səfərin açar nöqtəsi S-400 raket sistemlərinin göndərilməsi haqqında müqavilənin imzalanması olacaq. Müqavilənin dəyəri 5 milyard dollardan çoxdur". (axar.az)