Bakı şəhər Nizami rayonu ərazisində intihara cəhd olub.
Publika.az xəbər verir ki, Bəhruz Nuriyev küçəsindəki bağçada məskunlaşmış məcburi köçkün Zəngilan rayon sakini Çiçək Şirinova orada əlava olaraq tikdiyi tikilinin sökülməsinə etiraz olaraq damarlarını doğrayıb.
Söküntünü həyata keçirən qurum həmin tikilinin qanunsuz olduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.