8-ci kilometr bazarında yoxa çıxan 4 yaşlı qız Mərdəkandan tapıldı - YENİLƏNDİ

Dünən axşam saatlarında Nizami rayonu Naxçıvanski küçəsində yerləşən və “8-ci kilometr bazarı” adı ilə tanınan ticarət mərkəzində itkin düşən 2014-cü il təvıllüdlü Muxtarova Maral Fuad qızı tapılıb.
Ərazi üzrə 24-cü Polis Bölməsindən Publika.az-a bildirilib ki, azyaşlı Mərdəkan qəsəbəsi ərazisində polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
4 yaşlı qızın kimin tərəfindən, hansı məqsədlə və hansı şəraitdə Mərdəkana aparılması, gecəni harada keçirməsi araşdırılır.
*****
11:24
Bakıdakı bazarların birində azyaşlı qız itkin düşüb.
Publika.az xəbər verir ki, polisə müraciət edən Qaraçuxur qəsəbəsi Şərifov küçəsində yaşayan Muxtarov Fuad Muxtar oğlu dünən Naxçıvanski küçəsində yerləşən 8-ci kilometr bazarında 4 yaşlı qızı Maralın itkin düşdüyünü bildirib. O, qızını saat 19 radələrində - havanın qaraldığı vaxt itirdiyini əlavə edib.
Faktla bağlı Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.