Türkiyənin Batman vilayətinin Hasankeyf bölgəsində yol tikintisində təhlükəsizliyi təmin edən əsgərlər tələyə salınıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yoldan hərbi avtomobillərin keçidi zamanı partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 əsgər şəhid olub, 5-i yaralanıb. Hazırda bölgədə antiterror əməliyyatları keçirilir.