İbtidai sinif dərsliyində biabırçılıq: "Analığı elə çılpaq uzanmışdı ki, elə bil mələkdir"

Azərbaycanda ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan kitabda yer alan nağıl müzakirələrə səbəb olub.

azxeber.com xəbər verir ki, nağılda ögey ana ilə övladın münasibətindən söhbət açılıb.

Kitabdan sitat: "Oğlan yorğanı qaldırdı ki, altına girsin. Orada nə görsə, yaxşıdır. Analığı anadan necə doğulmuşdusa, eləcə çılpaq uzanmışdı onun yatağında. Özü də elə gözəldi, elə gözəldi, elə bil mələkdir".

Kitabda olan bu sözlər birmənalı qarşılanmayıb və sosial şəbəkə istifadəçiləri müəllifi tənqid ediblər.

Həmin məqamı təqdim edirik: