Bakının bu küçələrində hərəkət dayandı - GÜCLÜ TIXAC

Bakının bir sıra mərkəzi küçə və prospektlərində tıxac var.
Publika.az xəbər verir ki, hazırda şəhərin şimal girişində - Moskva prospekti, Tbilisi prospekti, 20 Yanvar, Asif Mərəhhəmov küçələrində güclü tıxac var.
Bundan başqa Azadlıq, Ziya Bünyadov prospektlərində, Səməd Vurğun, Rəşid Behbudov, Afiyəddin Cəlilov, Üzeyir Hacıbəyli küçələrində də sıxlıq və tıxac müşahidə edilir.
Yollardakı sıxlıq ictimai nəqliyyatın hərəkətində də gecikmələrə səbəb olub.