Nərimanov rayonunda yerləşən 258 nömrəli tam orta məktəbin aktiv kollektivinin olması bu məktəbin illərlə cəmiyyətə layiqli övladlar yetişdirməsinə gətirib çıxarmışdır – desək yanılmarıq. Bu məktəbin məktəbəqədər hazırlıq, ibtidai siniflərindən başlayan yüksək keyfiyyətli təhsil verən müəllimləri sayəsində gələcək nəsillərə savadlı kadrların yetişməsi prossesi həyata keçirilməkdədir. Məktəbin direktoru və müəllim kollektivini yetişdiriyi nümünəvi cəmiyyət üçün, onlara böyük sayğı ilə sağolun deyir və minnətdarlığımızı bildiririk. Yaxşı ki siz varsınız və sizin varlığınız cəmiyyətin ailə tərkibində rahatlığın yaranmasına vəsilə olmuşdur.
Müəllimlər Gününüz mübarək! Əziz 258 saylı məktəbin direkrou Sədaqət Hüseynova və müəllim kollektivi.
Hörmətlə: Azbaku.info kollektivi
Məktəb haqqında qısa məlumatı diqqətinizə çatırmaq istərdik: Nərimanov rayonu Arif Vəliyev adına 258 nömrəli tam orta məktəb 1974-cü ildən fəaliyyət göstərir. Məktəb 2011-ci ildə əsaslı təmir olunmuş, 2012-ci ildə 632 nəfərlik əlavə tədris korpusu tikilmişdir. Məktəb birnövbəli, 5 günlük iş rejimi ilə işləyir. Məktəbimiz 2010 və 2015-ci illərdə “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə 148 nəfər pedoqoji işçi fəaliyyət göstərir. Məktəbimizdə fəaliyyət göstərən müəllimlərdən ikisi "Əməkdar müəllim" adına layiq görülmüş, üç nəfər elmlər namizədi adını almış, üç nəfər isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbimizdə eyni zamanda iki nəfər "Tərəqqi" medalı ilə təltif olunmuş müəllim fəaliyyət göstərir. 2016-2017-ci tədris ilində 2107 şagird 72 sinifdə komplektləşdirilmişdir. Məktəbimizin əsas məqsəd və vəzifələri ibtidai təhsil pilləsindən başlayaraq şagirdlərin keyfiyyətli orta təhsil almalarını təmin etməkdir. Son üç ildə bir nəfər 700 ,21 nəfər 600- dən yuxari,62 nəfər 500-dən yuxarı bal toplamışdır. Məzunlarımızdan 6-sı ADA-da,12 nəfər xaricdə təhsil alır.Şagirdlərə əsaslı bilik verilməklə yanaşı, onların yüksək mənəviyyatlı və milli-mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi formalaşdırılmasına, vətənpərvər ruhda tərbiyə olunmasına xüsusi diqqət yetiririk. Məktəbimizdə iki Azərbaycan bölməsi və bir rus bölməsi üzrə "Sağlam təhsil" sinifləri fəaliyyət göstərir. Müəllim, şagird, valideyn münasibətlərinin daha da möhkəmlənməsi, birgə əməkdaşlıq məqsədi ilə “Məktəb icması“ layihəyəsinə qoşularaq bir çox uğur və yeni biliklər əldə etmişik. Bilik və bacarıqlarının formalaşması,dünyagörüşlərinin artması məqsədi ilə"Təhsili dəyərə çevirək" adlı layihəsində şagirdlərimizin fəal iştirakına nail olmuşuq.
AzBaku.info .Nagiyeva Nergiz