O səs Türkiyə” yarışmasının yeni münsif heyəti ilə bağlı müzakirələr bitməmiş, indi də onların əmək haqqları gündəmdədir.
Publika.az Acun Ilıcalının ən iddialı layihəsi olan bu verilişin münsiflər heyətinin yeni sezonda maaşları belə olacaq.
A.Ilıcalının ən dəyərli münsif heyəti üzvlərindən olan Murat Boz hər çəkilişə görə 70 min TL (təxminən 19 min manat) alacaq.
A.Ilıcalı bu il Hadisəyə də hər verilişin üçün Murat Boz qədər maaş verəcək.Yıldız Tilbənin yerinə bu il münsif kimi verilişə qatılan Seda Sayanın nə qədər alacağı dəqiq bəlli deyil. Lakin onun da hər verilişə görə 70 min TL alacağı deyilir.
Yeni sezonda yeni münsiflərindən olan və ən çox həyəcan yaradan Bəyazıt Öztürk isə hər veriliş üçün 90 min TL (təxminən 24 min manat) alacaq.
“O səs Türkiyə”nin yeni sezonu bu gün yayıma başlayacaq.