Türkiyədə idman komplekslərindən birinin üzgüçülük hovuzunda xlor qazı olan boru partlayıb, insanlar zəhərlənib.
Publika.az xəbər verir ki, hadisə ölkənin Qaziantep vilayətində baş verib. Nəticədə, kütləvi zəhərlənmə baş verib.
İlkin məlumatlara görə, 32 nəfər xlordan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qaz borusunun hansı səbəbdən partladığı məlum deyil.
Zəhərlənənlərdən 6 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.