“10 gün bundan qabaq Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsinə sual verdik. Vaxt keçib. Deyilsin görək valyutadəyişmə məntəqələri ilə bağlı nə baş verdi?”
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Rüfət Quliyev parlamentin İqtisadiyyat , sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, çünki bu məsələ ciddi məsələdir və hər dəfə də qaldırılır: “Biz də bilmək istəyirik ki, bu məsələdə hansı yenilik var, yoxsa, biz elə boş-boşuna danışırıq? Valyutadəyişmə məntəqələri şəhərdə hələ də açılmayıb”.
Qeyd edək ki, millət vəkilinin iradı və sualı havada qalıb, ona adıçəkilən Palatanın iclasda iştirak edən nümayəndəsi tərəfindən izahat verilməyib.