Azərbaycanın keçmiş təhsil nazirinin qızı - Samirə Misir qızı Mərdanova şirkət yaradıb. Bu barədə Vergilər Nazirliyinin rəsmi orqanı olan “Vergilər” qəzeti məlumat yayıb.
Oxu.Az xəbər verir ki, elanda göstərilir ki, sentyabrın 5-də “Bakı Beynəlxalq Təhsil Kompleksi” MMC-ni dövlət qeydiyyatına alınıb.
Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 54, nizamnamə kapitalı 500 manatdır.