Həbib Nurməhəmmədovla bağlı vacib qərar verildi

Rusiyalı idmançı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqorun diskvalifikasiya müddəti uzadılıb.

Oxu.Az xəbər verir ki, müvafiq qərarı ABŞ-ın Nevada ştatının atletika komissiyası qəbul edib.

Adıçəkilən şəxslər barədə yekun qərar dekabrın 10-da qəbul olunacaq.

Komissiyanın digər qərarı ilə H. Nurməhəmmədova qonorarının (2 milyon dollar) 50 faizi qaytarılacaq.