Bakıda özəl klinikaların birində müalicə olunan gənc qız vəfat edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə oktyabrın 26-ı gecə saat 01 radələrində qeydə alınıb.
1993-cü il təvəllüdlü Qusar rayonu, Bədirqala kənd sakini Səfərbəyova Elvira Nöfəl qızı boyun xərçəngindən müalicə aldığı Badamdar qəsəbəsində yerləşən “Caspian Hospital”da vəfat edib. E.Səfərbəyova bir müddət əvvəldən Badamdarda kirayədə yaşayıb.