Bakıda fərdi evdə yanğın olub

Bakıda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Qaradağ rayonunda birmərtəbəli 5 otaqlı evin dam örtüyü 30 m2, evə bitişik ümumi sahəsi 3 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları və tikilinin içərisində quraşdırılmış su qızdırıcısı yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.