Ermənistan baş nazirinin müavini Tiqran Avinyan narkotik istifadəsində ittiham edilib.
bu barədə “Politik.am” saytı məlumat yayıb. Nəşr iddia edib ki, Avinyan dostları ilə birgə iş vaxtı hökumət binasında marixuanadan istifadə edib.
Məsələ ilə bağlı baş nazir müavini saytı məhkəməyə verməyə hazırlaşır. Bu barədə Avinyan feysbuk hesabında yazıb. O bildirib ki, bu kimi situasiyalarda nəinki ictimai təkzib, eyni zamanda jurnalistka fakültəsinin tələbələrinin təhsil haqlarının ödənilməsinə yönəldiləcək kompensasiya da tələb ediləcək.