Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib.
AzBaku.info Report-a istinadən xəbər verir ki, Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində yerləşən mənzildə yaşayan 2016-cı il təvəllüdlü Muxtarlı Fazil İlkin oğlu valideyn nəzarəti olmadan televizora toxunub.
Nəticədə televizor onun başına düşüb. Körpə ağır xəsarət alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.