Toppuş bacını əməliyyat edən həkim DANIŞDI: “Öz ginekoloqu...”

Əməkdar artist Tünzalə Əliyeva üzərində mədəkiçiltmə əməliyyatını həyata keçirən Laparoskopik Bariatrik-Metabolik cərrah Taryel Ömərov aktrisanın əməliyyatdan əvvəl xərçəng xəstəsi olduğunu bilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Publika.az-a danışan həkim bunları deyib:
“Tünzalə xanımın mədəkiçiltmə əməliyyatından əvvəl xərçəng xəstəsi olması ilə bağlı yayılan xəbərlər doğru deyil. Sadəcə Tünzalə xanım əvvəlcədən bilirdi ki, uşaqlıq boynunda papiloma virus mənşəlli eroziya var. Bunu da öz ginekoloqu nəzarətdə saxlayırdı. O, mütəmadi olaraq müayinədən keçirdi və öz müraciət etdiyi ginekoloq tərəfindən müalicə olunurdu.
Uşaqlıq boynunda baş verən patologiyaların mədəkiçiltmə əməliyyatına heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, istənilən bir əməliyyat uşaqlıq boynunda yaranan patologiyanı stimulyasiya etmir. Bunu biz yox, beynəlxalq standartlar və protokollar deyir”.
Məlumat üçün bildirək ki, aktrisa bir neçə ay əvvəl video paylaşaraq xərəçəng xəstəliyinə mədəkiçilmtə əməliyyatının səbəb olmadığını söyləmişdi.