Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış və əlil olmuş şəxslərin statistikası açıqlanıb.
bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.
Şöbə müdiri qeyd edib ki, 1 iyul 2018-ci il tarixə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrindən müavinət alan, əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sayı 48 978 nəfərdir:
“Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrindən Prezident təqaüdünü alan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sayı 18 116 nəfərdir”.