Əməliyyat tədbirləri davam etdirilir
Bakıda gənc oğlan küçədə bıçaqlanıb. AzBaku.org Trend-ə istinadən məlumatına görə, hadisə Xətai rayonu ərazisində baş verib. Rayonun 7-ci Əhmədli küçəsi, ev 21-də yaşayan Nurullayev Rafiq Yusif oğlu naməlum şəxs tərəfindən döş qəfəsinin sol hissəsindən bıçaqlanıb. Yaralı təcili olraq 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin müəyyən edilməsi üçün əməliyyat tədbirləri davam etdirilir.