Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu bəyan edib ki, “Real” komandasından klubun prezidenti Florentino Peresə görə ayrılıb.
Oxu.Az-ın xəbərinə görə, portuqaliyalının sözlərini “France Football” nəşri sitat gətirir.
“Mən hiss edirdim ki, klub və onu prezidenti Peresin mənə qarşı münasibəti dəyişmişdi. İlk 4-5 ildə mən özümü Kriştianu Ronaldu kimi hiss edirdim. Sonra bu olmadı. Prezident mənə elə baxırdı ki, elə bil mən daha əvəzolunmaz deyiləm”, - Ronaldu qeyd edib.
Portuqaliyalı qeyd edib ki, Peres onun “Real”dan getməsinin qarşısını almaq istəmirdi. O, həmçinin əlavə edib ki, “Yuventus”a keçidi pulla əlaqədar deyil:
“Əgər mən daha çox pul istəsəydim, Çinə gedərdim. Fərq ondadır ki, “Yuventus” məni istəyirdi”.
Ronaldu həmçinin qeyd edib ki, altıncı dəfə “Qızıl top” almaq üçün layiqli namizəddir.