Zabit arvadının ayağını başqa qadına öpdürdü - VİDEO

Zabit və ayağı öpülən qadın saxlanılıb

Sosial şəbəkələrdə yayılan video qalmaqal yaradıb. AzBaku.org milli.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə zabitlə bağlı yayılan video ilə əlaqədar istintaq aparılır. Livanın "Əl-Ənba" nəşrinin yaydığı videoda zabitin arvadı ilə dalaşan qadına onun ayağını öpdürməsi əks olunub. Görüntülər yayıldıqdan sonra, zabit və ayağı öpülən qadın saxlanılıb. Livan ordusu video ilə bağlı açıqlama yayıb. Bildirilib ki, məsələ araşdırıldıqdan sonra lazımi tədbirlər görüləcək.