Ölənlərin qalığı 14 kisə ilə çıxarılıb...

İndoneziya sahillərində dənizə düşən təyyarədə ölənlərin bəzilərinin cəsədi tapılıb.

“Qafqazinfo” xəbər verir ki, xilasedicilər Lion Air aviakompaniyasına məxsus Boeing-737 MAX-ın göyərtəsində olan 189 nəfərdən 10-unun cəsədini tapa biliblər.

Bundan başqa, dalğıclar 14 kisə ilə ölənlərin qalıqlarını da sahilə çıxarıblar. Cəsədlər və digər qalıqlar analiz üçün DNK ekspertizasına göndərilib.