“Ebru Gündeşin Bakıdakı konsertində mətbuat nümayəndələrinə qadağa qoyulmayıb”.
Bu sözləri konsertin təşkilatçısı Leyla Xəlifəli “Qafqazinfo”ya deyib. O bildirib ki, konsert mediaya açıqdır:
“Bir daha qeyd edirik ki, noyabrın 3-də Heydər Əliyev adına Sarayda keçiriləcək konsert mətbuata açıqdır və qadağadan söhbət belə gedə bilməz. Sadəcə olaraq biz konsertə seçmə mətbuat nümayəndələrini dəvət etmişik.
Qapalı o deməkdir ki, konsertdə heç bir mətbuat nümayəndəsi iştirak etməyəcək. Ancaq bu belə deyil. Konsertin informasiya dəstəkçisi olan 3 sayt və bütün televiziya kanallarının təbdirdə iştirakına imkan yaradılıb”.
Xatırladaq ki, konsertin informasiya dəstəkçisi “Qafqazinfo”dur.