“Qadınlarla özünü reklam edirsən” - Namiqə söz atdı

Meyxana ifaçısı Namiq Qaraçuxurlu ilə müğənni Roza Zərgərli arasında yaranan gərginlik artmağa başlayıb. “Qafqazinfo” xəbər verir ki, ötən həftə sonu Namiqin “ATV maqazin onlarla” proqramında Roza haqqında səsləndirdiyi fikirlərə qarşı tərəfdən cavab gecikməyib.

Zərgərli instaqramda video paylaşaraq meyxana ifaçısının qadınlarla özünü reklam etdiyini bildirib: “Kimsə orda deyir ki, Roza Zərgərli söz ataraq özünü reklam edir. Əzizim, Rozanın reklama ehtiyacı yoxdur. Qadınlarla sən özünü reklam edirsən, mən yox”.

Xatırladaq ki, müğənni aparıcılıq etdiyi proqrama Namiqi dəvət etdiyini, lakin meyxanaçının ona şərt qoyduğunu bildirmişdi. Namiq isə açıqlama verərək Rozanın özünü reklam etdiyini qeyd etmişdi.