Salyan dəmir yolu stansiyasından oğurluğa cəhd edən şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 29-da saat 16 radələrində Salyan dəmir yolu stansiyası ərazisindən 20 ədəd rels altlığını oğurlamağa cəhd göstərən 2 nəfər Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Salyan rayon sakini Rövşən Rzayev və Neftçala rayon sakini Mirzə İbrahimov olduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.