Ələt-Astara yolunda avtomobil kanala aşıb, xəsarət alanlar var

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzBaku.info apa-ya istinadənxəbər verir ki, Ələt-Astara yolunun Lənkəranın Göyşaban kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan “Mitsubishi” markalı avtomobil idarəetmənin itməsi nəticəsində kanala aşıb. Nəticədə avtomobildə olan Sabir Mahmud oğlu Əliyev və Ağamir Mövsümov müxtəlif dərəcəli xəsarət alıblar.

Onlar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətlərinin qənaətbəxş olduğu deyilir. Qəzada xəsarət alanların Bakı-Ələt-Astara -İran yolunun tikintisində çalışdıqları bildirilir.

Fakt araşdırılır.