Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin regional idarəsində partlayış baş verib.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, hadisə yerli vaxtla 08:50-də FTX-nin Arxanqelsk vilayətində yerləşən binasında olub. Məlumata görə, partlayış zamanı yaralanan 1 nəfər vəfat edib. Əraziyə polis və FHN əməkdaşları cəlb edilib, binadakılar evakuasiya ediliblər. Partlayışın səbəbi hələlik bilinmir.