r

Xankəndində Saakyan həmsədrlərə yalvardı

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) regiona səfər çərçivəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəliblər.

Publika.az xəbər verir ki, həmsədrlər Xankəndində Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə təmas xəttindəki vəziyyət müzakirə olunub.

Bako Saakyan görüşdə həmsədrlərdən Dağlıq Qarabağın da danışıqlarda tərəf kimi iştirakının təmin edilməsi ilə bağlı xahiş edib. İddia edib ki, münaqişənin həllinə nail olmaq üçün Qarabağ separatçıları danışıqlar prosesinin bütün mərhələlərində iştirak etməlidir.

Görüşün keçirildiyi otaqda Qarabağ separatçılarının bayrağının asılması da xüsusi diqqət çəkib.