r

ABŞ-dan Ermənistanı qorxuya salan AZƏRBAYCAN PLANI: Bakıya silah verir və...

“ABŞ Azərbaycana silah satışına başlaya bilər”.

Publika.az xəbər verir ki, bu iddia ilə Ermənistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, politoloq Ruben Safrastyan çıxış edib.

Erməni politoloq deyib ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun bu günlərdə regiona səfərinin əsas məqsədi Bakı-Vaşinqton münasibətlərinin möhkəmləndirilməsi və İranın təsirlərinin zəiflədilməsi idi.

“Vaşinqton Azərbaycan və İran münasibətlərini nəzərə alaraq, Bakıya müxtəlif layihələr təklif etmək fikrindədir. ABŞ üçün ən əhəmiyyətli planlardan biri də Xəzər dənizində azad iqtisadi zonanın yaradılması ola bilər. Hesab edirəm ki, Tramp Administrasiyası “907-ci düzəlişi” ləğv edə və Azərbaycana silah satışına başlaya bilər”, - deyə o bildirib.

Safrastyan əlavə edib ki, ABŞ-ın Azərbaycana verdiyi əhəmiyyət və gələcəkdə silah satışını həyata keçirməyi düşünməsi Bakının gücünü daha da artıracaq.