İstanbulda qətlə yetirilən səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçıya aid yeni görüntülər ortaya çıxıb.
Jurnalist ölümündən 15 gün əvvəl məşhur ət restoranı “Nüsrət”də olub.
Restoranın sahibi Nüsrət “Beşiktaş”a yeni transfer olunan Loris Kariusa populyar şousunu göstərəkən Qaşıqçının məkanda olduğu görülür. Jurnalist arxa masaların birində şam edərkən kameralara düşüb. (Qafqazinfo.az)